Accessibility links

Barak Obama Qahirədə müsəlman dünyasına müraciət etdi


ABŞ prezidenti Barak Obama iyunun 4-də Misirdə müsəlman dünyasına müraciət çıxışını edəcək. ABŞ prezidentinin çıxışı üçün ən münasib yer seçilmiş Misir hazırda diqqət mərkəzindədir.

Nil çayı üzərində 16 milyon əhaliyə malik metropolis olan Qahirə Misrin tarixinin mərkəzində dayanıb. Fironların vətəni və sivilizasiyanın beşiyi Qahirə müasir dövrdə ərəb-müsəlman dünyasının döyünən ürəyidir. Buradan, Qahirədən cənab Obama dünya müsəlmanlarına üz tutacaq. Qahirəlilər buna düzgün seçim kimi baxırlar.

Qahirədə Amerika universitetində siyasi sosiologiya üzrə ekspert Səid Sadik ölkənin yaxın tarixindən danışır.

O deyir ki, Misir həmişə ABŞ-ın yaxın müttəfiqi olub. Ölkə mötədil siyasət yürüdərək, ilk olaraq İsraillə sülh yaratmağa çalışıb, onun İsrail-Fələstin münaqişəsinin həllində mühüm strateji rolu var və İranın regionda hegemonluğunun genişlənməsinə müqavimət göstərir. Bunun strateji səbəbi var.

Said Sadik deyir ki, real problem asiya-müsəlman, ya da müsəlman dünyasının başqa yerləri deyil, ərəb-müsəlman dünyasıdır.

Bu ilin aprel ayında Türkiyəyə səfər edən prezident Obama müsəlman dünyası ilə ortaq maraqlar əsasında münasibətlər qurmaq istədiyini bildirir.

Bu dəyişik yanaşma tərzi alqışlanır, lakin Səid Sadikin dediyinə görə, adamlar təfərrüatlar istəyir.Təhlilçi bildirir ki, ilk növbədə, bu, Fələstin məsələsidir, Amerika hökumətinin İsrailin mövcudluğu deyil, İsrailin ekspansionist siyasətinə sonsuz dəstəyidir. O deyir ki, əgər Obama müəyyən vaxt cədvəli və fəaliyyət proqramı haqda danışsa, bu, çox yüksək qiymətləndirilə bilər. Bu, inqilabi ruhda olanların çoxunu, radikal islamçı qrupları zəiflədib, Birləşmiş Ştatlar əleyhinə çıxışları neytrallaşdıra bilər.Misrin ən böyük müxalifət qrupu olan “Müsəlman Qardaşları”nın başçısı Məhəmməd Mehdi Akif buna skeptik yanaşır.

O deyir ki, Misirdə hamı Barak Obamanı salmalayır, lakin ona elə gəlir ki, prezident Obamaya sələflərindən ağır miras qalıb.İraq, Əfqanıstan və Fələstində müsəlmanların qətlləri və yerlərindən didərgin düşməsi, eləcə də Vaşinqtonun İsrailə dəstəyi bu mirasa sübutdur. O, cənab Obamanın baxışlarını üyrənmək istəyir və deyir ki, ərəb və müsəlman dünyası onun baxışlarının ümumi bəşəri prinsiplərlə üst-üstə düşdüyünü və onun dünyanın heç bir yerində ədalətsizlik, zülm, diktatorluq, korrupsiya və tiraniya ilə barışmadığını gözləyir.

Səid Sadik deyir ki, istər Əfqanıstanda müharibə olsun, istər İsrail-Fələstin münaqişəsi, ya da Vaşinqtonun uzun müddətdir avtokrat rejimlərə dəstəyi müsəlmanlar təkcə bəlağətli sözlər eşitmək istəmirlər. O deyir ki, bu, vaxt cədvəli və proqram olmalıdır və məhz bunlar müsəlman dünyasına gülü mesaj göndərəcək.

Müsəlman dünyasında, xüsusilə də Yaxın Şərqdə Birləşmiş Ştatlara şübhə ilə baxırlar.Prezident Obamanın dediklərinə diqqətlə qulaq asacaqlar, onun gələcəkdə atacağı addımlarsa bundan daha da artıq diqqətlə izləniləcək.


XS
SM
MD
LG