Accessibility links

Rusiya Cənibi Osetiya və Abxaziyada hərbi mövcudluğunu müdafiə edir


Rusiya Gürcüstanın ayrılmaq istəyən iki ərazisində hərbi mövcudluğunu müdafiə edərək bildirib ki, bunu Moksvanın hazırda iki müstəqil qurum kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanın dəvəti əsasında edir.

Moskva 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bu əraziləri müstəqil ölkə kimi tanıyıb.

Bu həftənin əvvəli Gürcüstanın nümayəndələri Vaşinqtonda ABŞ rəsmilərinə xəbərdarlıq edib ki, Rusiya hər iki ərazidə hərbi mövcudluğunu artırır. Gürcüstan rəsmiləri münaqişəyə son qoyulmaq üçün əldə edilmiş atəşkəsi pozaraq, Rusiyanın hər əraziyə 6 mindən ibarət əsgəri qüvvə yerləşdirdiyini bildiriblər.

Bu gün Vyanada danışan Rusiyanı Xarici İşlər nazirinin müavini Qriqori Karasin isə ATƏT-ə bildirib ki, hərbi qüvvələrin yerləşdirilməsi tamamilə qanunidir.

XS
SM
MD
LG