Accessibility links

Pakistanda girov saxlanılan tələbələr azad edilib


Pakistan rəsmiləri bu həftənin əvvəli ölkənin şimal-qərbində taliban tərəfindən girov götürülən müəllimlər və tələləbərin azad edildiyini bildirir. Rəsmilərin verdiyi məlumata görə, 46 tələbə və iki müəllim qəbilə başçıları ilə danışıqlardan sonra azad edilib.

Polis həmin ərazidə yaraqlıların Peşəverdən 10 kilometr aralı qız məktəbini bombaladığını bildirir. Yay mövsümü bağlı olan məktəbdə hadisə nəticəsində tələfatın olmadığı haqda məlumat verilib.

Bu gün həmçinin ABŞ-ın xüsusi nümayəndəsi Riçard Holbruk Svat vadisində Pakistan hərbi qüvvələri və Taliban yaraqlıları arasında döyüşlərə görə yerlərindən didərgin düşmüş qaçqınların düşərgəsində olub.

XS
SM
MD
LG