Accessibility links

Əfqanıstanda üç Amerika əsgəri həlak olub


Əfqanıstanda yaraqlıların ABŞ-ın konovoyunu bomba və silahlardan atəşə tutması nəticəsində üç Amerika əsgər həlak olub.

ABŞ silahlı qüvvələrinin bəyanatında deyilir ki, konvoy silahlardan atəşə tutulub vəl kustar üsulla hazırlanmış bombaya dəyib.

Hadisə səhər saatlarında paytaxt Kabildən şimalda baş verib.

Koalisiya qüvvələrinin bir əsgəri isə yaralanıb.Yaraqlılar konvoyu ABŞ-ın Əfqanıstandakı əsas bazası olan Baqram hərbi bazasının yerləşdiyi Kapisa vilayətində pusquya salıblar.


XS
SM
MD
LG