BMT
Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı Yaponiya və Cənubi Koreya Şimali
Koreyanın addımlarına kollektiv cavab verməyə çalışdığı bir vaxt bu gün
Pxenyanın nüvə və raket sınağına dair toplantı keçirilib. ABŞ Dövlət Katibi
Hillari Klinton Vaşinqtonda Cənubi Koreya xarici işlər naziri Yu Myunq-Hvanı
qəbul edir. Hillari Klintonun müavini Ceyms Staynberq isə danışıqlar aparmaq
üçün Pekinə gedir. Bu arada Şimali Koreyada ölkəyə qeyri-qanuni daxil olmada
ittihamları ilə həbs edilən iki amerikalı qadın jurnalistin məsələsində bu gün
heç bir hərəkət olmayıb. Onlar məcburi
əmək düşərgəsinə göndərilə bilər. Koreya Mərkəzi Xəbər Agentliyi bildirmişdi
ki, məhkəmə dünən başlayıb. Ancaq hələlik məhkəmə barədə heç bir məlumat
verilməyib. ABŞ-ın “Current TV”
telekanalı üçün çalışan Auna Li və Laura Linq Şimali Koreyanın Çinlə sərhədi
yaxınlığında reportaj hazırlayan zaman nəzarət altına alınmışdılar.