Accessibility links

NATO Kosovoda sülhümühafizə qüvvələrinin sayını azaldır


NATO ölkələrinin müdafiə nazirləri alyansın Kosovoda sülhümühafizə qüvvələrinin sayını azaldaraq 10 minə çatdırmağa razı olub. NATO bunu ölkədə təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığı ilə izah edib.

Baş katib Yaap Hup de Şeffer qərarı bu gün Brüsseldə müdafiə nazirlərinin iclasında elan edib. O müəyyən vaxt göstərməsə də, prosesin yanvar ayına qədər başa çatdırılacağını bildirib.

Bundan öncə Almaniyanın müdafiə naziri Frans Yozef Yanq deyib ki, Avropa Birliyi polisini yerləşdirilməsi və Kosovonun özünün təhlükəsizlik qüvvələrinin genişlənməsi bu addımın atılmasına imkan verib.

NATO rəsmiləri bu qərarın Kosovoda vəziyyətin sabitləşdiyinə cavab adlandıraraq, gələcəkdə daha artıq ixtsarın edilməsinin mümkünlüyünü bildiriblər.

XS
SM
MD
LG