Accessibility links

İraqın sünni qanunvericisi qətlə yetirilib


İraq rəsmilərinin bildirdiyinə görə, sünnilərin yüksək səviyyəli qanunvericisi Hariş Əl-Obeydi bu gün Bağdadın Yarmuk bölgəsindəki Əl-Şavaf məscidinin yanında güllə ilə öldürülüb. Əl-Obeydi İraq parlamentinin Sünni Müsəlmanlar Blokunun rəhbəri və parlamentin İnsan Hüquqları Komitəsinin üzvü idi.

İraqın baş naziri Nuri Əl-Maliki dünən BirləşmişŞtatlar ordusunun şəhərdən çıxarıldığı təqdirdə zorakılıqların artacağı barədə xəbərdarlıq edib. Bağdadda İraq hərbi komandirləri ilə görüşü zamanı cənab Əl-Maliki yaraqlıların Bağdadda hücumları intensivləşdirməklə İraq ordusunun məğlubiyyətə uğradığını nümayiş etdirmək istədiklərini deyib.


XS
SM
MD
LG