ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc
Mitçelin sözlərinə görə, regionda sülh razılaşmasının Livan bahasına başa gəlməsinə
yol verilməyəcək. Mitçel bu gün Beyrutda deyib ki, regionda uzunmüddətli stabillik
səylərində Livan əsas rol oynayacaq. ABŞ Yaxın Şərq nümayəndəsi bu açıqlamaları
Livanın baş naziri Fuad Seniora ilə danışıqlardan sonra verib. Mitçel habelə
Livanin son parlament seçkilərini alqışlayaraq bu səsverməni ölkə üçün mühüm
uğur adlandırıb. ABŞ-ın dəstəklədiyi koalisiya gərgin mübarizədən sonra bazar
günü parlamentdə üstünlüyünü bərpa edib. Mitçel deyib ki, Birləşmiş Ştatlar suveren,
azad və müstəqil Livana dəstəyini əsirgəməyəcək.