Accessibility links

Gürcüstan Rusiyanın BMT-nin qətnaməsinə veto qoymasını tənqid edib


Gürcüstan Rusiyanın BMT-nin Abxaziyada beynəlxalq sülh müşahidəçilərinin mandatının uzadılmasına dair qətnaməsinə veto qoyması qərarını tənqid edib. BMT-nin mandatının müddəti bu gün başa çatıb. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Moskavanın bu qərarının ilə Abxaziya və Cənubi Osetiyada həyata keçirilən etnik təmizləmələrə şahid olmaması mahiyyəti daşıdığını deyib. Rusiya öz veto hüququndan dünən axşam istifadə edib. BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində beynəlxalq müşahidəşi missiyasının daha iki həftə uzadılması nəzərdə tutulurdu. 150 nəfərdən ibarət müşahidəçi komandası Gürcüstan-Abxaziya sərhədləri və Kodori vadisində missiyalarını davam etdirməli idi. Rusiyanın BMT-dəki səfiri Vitali Curkin qətnaməyə dəstək verilməməsinə görə təəssüfünü bildirsə də, Rusiyanın alternativ təkliflə çıxış etdiyini, lakin bunun üzv ölkələr tərəfindən rədd edildiyini deyib. BMT-nin baş katibi Pan Gi Munun bəyanatında bildirilir ki, missiyanın fəaliyyətləri bu gündən etibarən qurumun Gürcüstandakı xüsusi nümayəndəsinə həvalə edilə bilər.
XS
SM
MD
LG