Accessibility links

Filippin Konqresinin işçisi donuz qripindən dünyasını dəyişib


Filippin Konqresinin aşağı palatası qanunverici orqanda işləyən 49 yaşlı bir qadının A-H1N1 donuz qripi virusundan dünyasını dəyişməsindən sonra fəaliyyətinə ara verib.

Səhiyyə rəsmilərin qadının ciddi pnevmoniyaya məruz qalaraq, ürək çatışmazlığından vəfat etdiyini bildirirdilər. Sonradan onun məhz qrip virusundan öldüyü müəyyən olunub.

Bu hadisədən sonra qanunverici orqanın təxminən 3 min işçisi 5 günlük evlərinə göndərilib. Palata öz gündəlik sessiyalarını təxirə salıb.

Bu ayın əvvəllərində Dünya Səhiyyə Təşikilatı son 40 ildə ilk dəfə olaraq qrip pandemiyasını elan etmişdi.

BMT agentliyinin bildirdiyinə görə, hazırda dünya boyunca 52 mindən artıq insanın donuz qrupu virusuna yoluxduğu təsdiqlənib. Xəstəlik üzündən ölənlərin sayı isə Filippində dünyasını dəyişən qadını da əlavə etdikdə, 231 nəfərdir.

XS
SM
MD
LG