Çin və ABŞ orduları dənizdə qarşıdumarların və artan
gərginliklərin qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər. Məsələ
son 18 ayda tərəflər arasında keçirilən ilk hərbi danışıqların mərkəzində olub.
Müzakirələr iki tərəf arasında baş vermiş bir neçə hadisədən sonra keçirilir.
Bu hadisələrə Çin hərbi dəniz gəmisinin toqquşması və günəş qurğusunun ABŞ
hərbi gəmisi tərəfindən evakuasiya olunması daxildir. İki günlük danışıqların
sonunda ABŞ-I təmsil edən müdafiə nazirinin müavini Mişel Florni jurnalistlərə
bildirib ki, Çin və ABŞ iyul ayında dəniz qarşıdurmalarının qarşısının alınmasına
müzakirə etmək üçün xüsusi məsləhətləşmələr keçirəcək. Çinin nümayəndə heyətinin
rəhbəri Genereal Leytenant Ma Xiatian isə çətinliklərə baxmayaraq Çin-Amerika
münasibətlərinin inkiaf etdiriləcəyinə ümid bəslədiyini deyib.