Moskvada
məhkəmə mühacirətdə yaşayan milyarder və Kreml tənqidçisi Boris Berezovskini
pul mənimsəmək ittihamı ilə 13 il azadlıqdan məhrum edib. Məhkəmənin tapıntılarına görə Berezovski 1990-cı
illərdə Avtovaz və Loqovaz avto-şirkətlərindən 2 milyon dollar oğurlayaraq
Rusiya ictimai televiziyasında və ev bazarında səhmlər alıb. Prokurorlar hazırda Londonda yaşayan maqnat
üçün 15 il həbs cəzası istəyirdilər.
Ötən il Berezyovski Aeroflotdan 9 milyon dollar oğurladığına görə məhkum
edilmişdi. Rusiya dəfələrlə
Berezovskinin həbsi varədə qərar çıxarıb və onun Britaniyadan təhvil verilməsini
tələb edir. Berezovski bu ittihamları
siyasi motivli adlandırır.