Accessibility links

Böyük Britaniya Tehrandakı səfirliyinin yerli işçilərini təcili azad etməyə çağırıb



Böyük Britaniya İranın hakim dairılərini bu ölkənin Tehrandakı səfirliyinin yerli işçilərini təcili azad etməyə çağırıb.

Bundan əvvəl İranın FARS xəbərlər agentliyi Britaniyanın Tehrandakı səfirliyində işləyən 8 İranlının saxlanıldığını xəbər verib.

Məlumatlara görə, onlar İranda prezident seçkilərindən sonrakı dövrdə yaranmış itaətszlik çıxışlarında iştrakda ittiham olunublar.

Fars Xəbərlər Agentliyinin məlumatına görə saxlanılanlar prezident seçkilərindən sonra aranı qızışdırmaqda, gərginliyi daha da artırmaqda ittiham olunurlar.

Bitaniyanın xarici işlər naziri Devid Millibənd İrandakı həbslər ilə bağlı ciddi narahatlığını bildirib və həbs edilənlərə qarşı irəli sürülən iddiaları qeyri-münasib adlandırıb.

Tehranın bu addımı Böyük Britaniyayla onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər. Keçən həftə İran 2 Britaniya diplomatını ölkədən xaric etmiş, Britaniya da eyni addımla buna cavab vermişdi.

İran Qərb ölkələri-xüsusilə də Birləşmiş Ştatlarla Böyük Britaniyanı prezident seçkilərindən sonra küçə etirazlarını qızışdırmaqda ittiham edir. Vaşinqtonla London ittihamı rədd edirlər.

Dövlət xəbər agentliyi habelə İranın dini lideri Ayətullah Əli Xameneyinin ABŞ və Britaniya rəsmilərinin İranla əlaqədar absurd fikirlər səsləndirməkdə ittiham etdiyini yazır.

İranın özündə isə iki gün əvvəl Seçkilərə Nəzarət Şurası səsvermə nəticələrinə dair şikayətlərə cavab olaraq yekun rəyini açıqlamalıdır.

Şuranın sözçüsü iki gün əvvəl bəyan edib ki, iyunun 12-ndə keçirilən prezident seçkilərində saxtakarlıqlar olmayıb və Mahmud Əhmədinejad prezident vəzifəsinə həqiqətən seçilib.

Nəzarət Şurasının sözçüsü deyib ki, hər hansı ciddi pozuntu aşkarlanmayıb və bu seçkilər İranda bu vaxta qədər keçirilən seçkilərdən ən təmizi olub.

Bu arada, Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Haviyer Solana İranla nüvə proqramına dair danışıqların bərpa edilməsini təklif edib.

Cənab Solana deyib ki, Avropa İttifaqı İranın daxili işlərinə müdaxilə etmək istəmir, lakin nümayişçilərin həbsi və təhlükəsizlik qüvvələrinin zorakılıqlarının tənqidi davam etdiriləcək.

İranda müxalifətin təşkil etdiyi nümayişlərdə bu günə qədər ölənlərin sayının rəsmən 17 olduğu bildirilir. Ancaq şahidlər bu rəqəmin daha yüksək olduğunu, sadəcə hökumətin həqiqətləri gizlətməklə özünü müdafiə etdiyini deyirlər.

XS
SM
MD
LG