Accessibility links

Fətah və Həmasın nümayəndələri bu gün Qahirədə görüşürlər


Fələstinin Fətah və Həmas fraksiyalarının nümayəndələri milli birlik hökumətinin formalaşdırılmasına yardım məqsədilə danışıqların 6-cı raundunu aparmaq üçün bu gün Qahirədə görüşürlər.

Misirli vasitəçilər iki tərəf arasında barışıq razılaşmasının iyulun 7-də imzalanacağını vurğulayırlar.

Bununla yanaşı, Fətahın yüksək səviyyəli nümayəndəsi Əzzam Əl-Əhməd deyib ki, razılaşmanın sözügedən vaxtda qəbulu mümkün olmaya bilər.

İki fraksiya arasında gərginlik Həmasın 2007-ci ildə Qəzza zolağına nəzarəti Fətah qüvvələrindən alaraq, ələ keçirməsindən sonra başlayıb.

XS
SM
MD
LG