Accessibility links

Rusiya ilə Azərbaycan təbii qaz sazişi imzaladı


Azərbaycan bu gün Rusiya ilə imzaladığı müqaviləylə Xəzərin təbii qazına çıxış barədə gedən rəqabətdə Rusiyaya üstünlük verib. Həmin müqavilə ilə Rusiyanın qaz monopoliyası Gazprom Xəzərdə Azərbaycanın Şahdəniz qazının ikinci fazası üçün üstünlük verilən müştəri kimi nəzərdə tutulur. Rusiya və Avropa Birliyi arasında alternative qaz kəmərləri üçün həmin qaz uğrunda rəqabət gedirdi. Gazpromun müqavilənin imzalanmasından sonrakı açıqlamasında deyilib ki, indi potensial alıcılar Azərbaycanla qaz müqaviləsi imzalamaq üçün daha cəlbedici təkliflər irəli sürməlidirlər.
Rusiyanın dövlət nəzarətində olan enerji şirkəti Qazprom deyir ki, Moskva 2010-cu ilin yanvar ayından Azərbaycanın Şah Dəniz yatağından az miqdarda qaz almağa başlayacaq. Sazişin başqa detalları barədə məlumat verilmir. Rusiya bu qazı planlaşdırılan Cənub Axını boru xətti ilə Avropaya satmağı planlaşdırır. Qaz kəmərinin Qara dənizin altından keçərək bir neçə Balkan ölkəsi vasitəsilə İtaliyaya çəkilişi gözlənilir
XS
SM
MD
LG