Accessibility links

Rusiya Qafqazda irimiqyaslı hərbi təlimlərə başladı


Ötən il Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən bəri Kreml ilk dəfə olaraq, ölkənin cənubu boyunca özünün ən böyük hərbi təlimlərinə başlayıb.

Əməliyyatlara minlərlə hərbçi və yüzlərlə tank cəlb olunub.

Qafqaz-2009 adlı müharibə oyunlarına bu gün Qafqazın şimalında start verilib. Təlimlər iyulun 6-dək davam edəcək.

Rusiya rəsmilərinin dediyinə görə, təlimlər ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi güdür.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, təxminən 8,500 hərbçi əməliyyatlara cəlb olunub.

Keçən həftə NATO rəsmiləri Rusiya ilə Gürcüstan arasındakı müharibədən ötən 10 ay ərzində Alyansla Moskva arasında hərbi əlaqələrin tam bərpasına dair razılıq əldə olunduğunu açıqlayıblar.

XS
SM
MD
LG