Accessibility links

Moskva ilə Kiyev arasında üç əsrlik ixtilaf


Moskva ilə Kiyev arasında gərginliklərin kökü qədim zamanlara gedib çıxır. Məsələn, Poltava döyüşü təkcə tarix yox, Moskva ilə Kiyev arasında ziddiyyətlərin daha bir mənbəyidir.

Rusiya tarixçiləri 1709-ci ilin iyun ayının 27-ni ölkələrinin hökmranlığını təmin edən tarix kimi qeyd edirlər. Belə ki, məhz həmin gün Rusiya Ukraynanın Poltava regionunda İsveçrə ordusunu məğlub edib.

O vaxt isveçlərin tərəfində olan Ukrayna qüvvələri də döyüşü məğlub tərk ediblər.

Əslindəsə, Poltava ötən əsrin əvvəllərində Rusiyanın 21 illik mücadilədən sonra Şimali Avropada İsveçi əvəzləyərək, öz hökmranlığını bərpa etməsi şərəfinə Böyük Şimal müharibəsi kimi adlanan döyüşlərin məkanı kimi tanınır.

Məhz bura həm də ukraynalıların Rusiyadan ayrılaraq, müstəqilliklərini təmin etmək ümidlərinin sonu olub.

O zamanlar Ukrayna qüvvələrinin lideri İvan Mazepa da Moskva ilə Kiyev arasında ixtilaf mənbəyi olaraq qalır. Ukraynanın Hetmanı kimi tanınan Mazepa Kazak hərbi qüvvələrinin lideri olub.

Rusiyada isə onu xəyanətkar sayırlar, hətta rusların dilində “xain Mazepa” isadəsi bu gün də qalır. Rus şairi Aleksandr Puşkinin və bəstəkar Piter Çaykovskinin əsərlərində də onun adı xəyanətkar kimi çəkilir. Mazepanı rus Ortodoks kilsəsi də lənətləyərək, sıralarından xaric edib.

Bu qərar indinin özündə də qüvvədədir, baxmayaraq ki, Ukrayna siyasətçiləri və Kilsə liderləri dəfələrlə bu qərarın dəyişdirlməsinə dair çağırışlar ediblər.

Ukraynalılıar deyirlər ki, Hetman o vaxtlar Rusiyanı idarə edən Böyük Pyotrun bu ölkə ərazilərini Polşanın hücumlarından qorumaq üçün 1654-cü ildə əldə olunmuş anlaşmanın şərtlərinə riayət etmədiyinə görə isveçlilərin tərəfində döyüşub.

Ukraynalılar habelə diqqəti ona yönəldirlər ki, Mazepa böyük islahatçı olub, belə ki, o, məktəblər və ictimai binalar inşa etdirib, habelə təhsilin səviyyəsini qaldırıb, incəsənəti dəstəkləyib.

Bu gün Mazepanın portreti Ukrayna valyutasında əks olunur. Ölkə habelə yaxın vaxtlarda Poltavada öz qəhrəmanının abidəsini ucaltmağa hazırlaşır.

Ötən ay isə Rusiyanın Xarici İşlər Nazirliyi heykəlin qoyulmasına etiraz olaraq bəyanat yayıb.

Bu yaxınlarda Moskvada keçirilmiş Poltava konfransında Rusiya Elmlər Akademiyasından Vladimir Artamonov tarixçi həmkarlarına deyib ki, həmin döyüş nəticəsində Ukrayna isveçli istilaçılardan azad olub.

Artamanov deyir ki, Poltava döyüşü Ukraynaya yox, daha çox onun təbirincə, Kiçik Rusiyanı Polşaya tabe etmək istəyən Mazepa və onun davamçıları üçün faciə gətirib. Ruslar Ukraynadan bəhs edəndə onu tez-tez “Kiçik Rusiya” adlandırmağı sevirlər. Bu isə bir çox ukraynalının xoşuna gəlmir.

Moskva konransında çıxış edən ukrayna tarixçisi Serhiy Poltavets isə deyir ki, Mazepanın isveçlərlə birləşməsinin səbəblərinə nəzər yetirmək lazımdır.

Poltavets deyib ki, sənədlər Mazepanın müstəqil Ukrayna yaratmaq niyyətinə dair dəlillər olduğunu göstərir. Moskva və Kiyev arasında daha bir mübahisə 1930-cu illərin süni şəkildə yaradılan açlığı olub.

Ukrayna bu addımı genosid kimi qimyətləndirir, Rusiya isə kəndlilərdən məhsulların alınması sinfi mübarizənin bir hissəsi olduğunu və bunun heç bir etnik qrupa qarşı yönəlmədiyini deyir.

XS
SM
MD
LG