İraq hökuməti ölkənin bəzi neft-qaz yataqlarının istismarı ilə bağlı beynəxalq tenderin nəticlərini açıqlayıb.
İraqın 6 neft və 2 qaz yatağını uğrunda ABŞ-ın Exxon Mobil, Çinin CNPC korporasiyaları da daxil, 30-dan artıq beynəlxalq şirkət tenderə qatılıb.
İmzalanacaq müqavilələr ölkəni yenidənqurma səylərində maliyyə vəsaiti ilə təmin edəcək.
Hazırda İraqın xam neftinin həcmi 43 trilyon barrellə qiymətləndirilir.
İraqın neft naziri Hüseyn əl-Şəhristani deyib ki, ölkə gündəlik neft hasilatını 2,4 milyon barrelə çatdırmaq niyyətindədir.