Accessibility links

Freedom House İranda insan haqlarının durumunu ciddi tənqid etdi


Minlərlə insanın öz səslərinin saya alınması barədə tələblərinə baxmayaraq, Seçkilərə Nəzarət Şurası prezidentin mübahisəli qələbəsinin təsdiq edib. Bu, qeyri-azad ölkənin seçki reallıqlarıdır.

Bunları nüfuzlu «Freedom House» təşkilatı İranda insan azadlıqlarının vəziyyətini xarakterizə edən son hesabatında yazır.

Sənəddə İranda fərqli fikir müəlliflərinin müxtəlif ittihamlar əsasında həbs olunmasının davam etdiyi bildirilir: “Bu ölkədə milli azlıqlara qarşı ayrı-seçkilik siyasəti həyata keçirilir”.

Təşkilat bildirir ki, bütün beynəlxalq tələblərə baxmayaraq, İranda azyaşlıların edamı hələ də davam edir. Tehran rejimi bədən orqanlarının amputasiyası və daş-qalaq kimi dəhşətli cəza üsullarından hələ də istifadə edir.

Hesabatın əsas hissəsi isə İranın seçki tarixinə və siyasi quruluşuna yönəldilib.
Hər şeydən əvvəl qeyd olunur ki, bu ölkədə demokratiya ümumiyyətlə, yoxdur.

1979-cu ildə İranda baş vermiş inqilab şah monarxiyasını devirdi və Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında dindarları hakimiyyətə gətirdi.

Xomeyni prezident üsul-idarəli seçki sistemi yaratsa da, ölkə faktiki olaraq, şəriət qanunları ilə idarə olunmağa başladı.

1989-cu ildə Xomeneyinin ölümündən sonra isə dini liderlik o qədər də populyar olmayan orta səviyyəli ruhani Ayətulla Əli Xameneyiyə keçdi.

1997-ci ildə sabiq mədəniyyət naziri Məhəmməd Xatəmi 70 faizlik səslə prezident seçildi. Onun hakimiyyəti altında ölkədə 200-dən artıq müstəqil qəzet və jurnalın əsası qoyuldu və gender sahəsində məhdudiyyətlərə ara verildi.

2000-cu ildə isə parlamentə keçirilən seçkilərdə əsasən tələbə gənclər tərəfindən dəstəklənən islahatçılar ölkə qanunvericiliyində 80 faiz yerə sahib oldular.

Lakin bu seçkidən keçən 4 il ərzində mühafizəkarların üstünlük təşkil etdiyi məhkəmə sistemi ölkədə 100-dən artıq islahatçı qəzetlərin qapadılmasına nail oldu, yüzlərlə liberal yönlü jurnalist və aktivistlər tələbə etirazlarında həbs edildilər.

Ölkə parlamentində bəyənilən əhəmiyyətli siyasi və iqtisadi islahatlar barədə qanunlara isə sonradan Nəzarət Şurası veto qoymağa başladı.

2001-ci il prezident seçkilərini yenidən böyük səs çoxluğu qazanmasına baxmayaraq, Xatəmi mühafizəkar dindarların ölkədə siyasi dominantlığının qarşısını almadı.

Freedom House daha sonra diqqəti ona yönəldir ki, İranda artan məhdudiyyət və qadağalar, bir tərəfdən də sosial korrupsiya və həbslər 2005-ci il seçkilərində populyar islahatçı namizədləri nisbətən önə çıxarsa da, qələbə həmin vaxtlarda o qədər də tanınmayan Tehran meri Mahmud Əhmədinejada qismət oldu.

Yeni administrasiya isə daxili siyasətlə yanaşı, xarici cəbhədə də, qarşıdurma tonu ilə çıxş etməyə başladı.

Belə ki, İran açıq müstəvidə Livan, Fələstin də İraqdakı terroçu qrupların müdafiəsinə qlaxdı, özünün uranı zənginləşdirmək planı ilə beynəlxalq ictimaiyyətin qəzəbinə tuş gəldi.

Əhmədinejadın yürütdüyü siyasi kurs ölkə daxilində də islahatların zəifləməsinə yol açdı. Rəsmilər xüsisilə qadın haqlarının müdafiəçilərini, islahatçı tələbələri, və etnik azlıqları hədəfə aldılar. Ötən il həbsxanalar kürdlər, ərəblər və azərilərlə dolu idi. Əhmədinejad hakimiyyəti media üzərində qadağaları ilə də seçilir.

Son illərdə ölkədə internet istifadəçiləri nəzərə çarpacaq dərəcədə artsa da, artıq builki seçkilər dövründə hakimiyyət elektron KİV üzərində nəzarətini gücləndirib. Bir sıra populyar bloq yazarları həbs edilib, bəsi saytlara giriş ümumiyyətlə qadağan edilib.

Freedom House İranda təriqətlərarası qarşıdurmalar və qeyri-hökumət təşkilarlatının fəaliyyətinə qoyulan qadağaları da xüsusi qeyd edir və bunu insan haqlarının ciddi pozuntusu adlandırı

XS
SM
MD
LG