Accessibility links

Rusiya ordusundan qaçan əsgər Gürcüstandan sığınacaq istəyir


Gürcüstanın Rustavi televiziyasında bu gün separatçı Cənubi Osetiyada yerləşdirilmiş Rusiya ordusu sıralarından qaçan sıravi əsgər Dmitri Artemyevin Gürcüstandan sığınacaq istədiyi kadrlar nümayiş etdirilib. Cənubi Osetiyanın Tsxinvali şəhərində hərbi qulluqda olan əsgərorduda vəziyyətin dözülməz olduğunu deyib. O, eləcə də ordudakı zabitlər tərəfindən işgəncələrə və hücumlara məruz qaldığını deyib. Xatırladaq ki, yanvar ayında da oxşar bir hadisə baş vermişdi. Rusiya rəsmiləri sonuncu insidentlə bağlı təhqiqat aparılacağını bildirmişlər.

Keçən ay isə bir Gürcüstan zabiti Rusiyaya qaçaraq, prezident Saakaşvilini tənqid etdiyinə görə həbs ediləcəyindən qorxduğunu demişdi.


XS
SM
MD
LG