Accessibility links

Barak Obama Moskvaya yola düşməzdən əvvəl ailə gündəliyinin məsələsini həll edir


ABŞ prezidenti Barak Obama Moskva sammitinə yola düşməzdən əvvəl ailə gündəliyinin vacib bir məsələsinə toxunub. Prezident Associated Pressə müsahibəsi zamanı qızı Malianın 11 yaşını Kemp Deyviddəki iqamətgahında qeyd edəcəyini deyib. Barak Obama qızının 20-dək yaşıdlarının ad gününə dəvət edildiyini bildirib.

Bu gün səhər Kemp Deyvidə gedən prezident sabah yenidən Ağ Evə dönməlidir. Bazar günü Rusiyaya yola düşən ABŞ prezidenti Moskva sammtindən sonra Romada Böyük Səkkizliyin sammitinə qatılacaq. Həftə sonu Barak Obama Ganada inkişaf etməkdə olan ölkələrdə demokratiyanın inkişafına dair siyasətini açıqlayacaq.

XS
SM
MD
LG