Accessibility links

Con Makkeyn: ‘Amerikalılar seçkilərin saxtalaşdırılmasına etiraz edən iranlılarla bir yerdədirlər’


ABŞ senatoru Con Makkeyn bu gün partiyasının İran müxalifətçilərinə güclü dəstəyi ilə bağlı Obama administrasiyasına çağırışlarını təkrarlayıb.

Respublikaçılar partiyasının həftəlik radio və internet müraciətində Makkeyn deyib ki, amerikalılar seçkilərin saxtalaşdırılmasına etiraz edən iranlılarla bir yerdədirlər.

O deyib ki, Birləşmiş Ştatların iranlılara belə bir dəstək verməkdə “mənəvi borcu” var.

Respublikaçılar prezident Barak Obamanı İrandakı hadisələrə lazımi səviyyədə sərt reaksiya verməməkdə ittiham edirlər.

Ancaq cənab Obama deyib ki, ABŞ İranın daxili işlərinə qarışmır və bu ölkənin suverenliyinə hörmət edir.

XS
SM
MD
LG