İran
xarici işlər naziri Böyük Səkkizliyin İranda 12 iyun prezident seçkilərinsən
sonra ölkədəki qarşıdumalar əleyhinə bəyannaməsinin və Tehranın nüvə silahları
proqramının izlənməsinin çəkisi olmadığını bildirib. Xarici işlər naziri Manuçehr
Mottəki bu gün Tehranda jurnalistlərə deyib ki, İran Qərb üçün təkliflər paketi
hazırlayır və bu, danışıqlar üçün əsas baza olacaq. Mottəkinin sözlərinə görə,
İran rəsmiləri dünən başa çatan Böyük səkkizlərin 3 günlük sammitindən heç bir
yeni mesaj almayıblar. Qeyd edək ki, dünyanın ən zəngin dövlətlərinin liderləri
İtaliyanın Lakuila şəhərində görüşüb. Sammit zamanı Böyük Səkkizliyin İranla
bağlı məsələlərdə səbrinin tükəndiyi bildirilən bəyannamə açıqlanıb. Dünən ABŞ
prezidenti Barak Obama deyib ki, İran ya sentyabr ayına kimi nüvə fəaliyyətini
sona çatdırmaq üçün danışıqlara qoşulmaq istəyini nümayiş etdirməli ya da kəskin
ölçülərlə üzləşməlidir.