Accessibility links

Urumçidə polisin atəş açması nəticəsində iki uyğur həlak olub



Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal qərbi Sincan regionunda polisin müsəlman uyğurlara atəş açması nəticəsində iki uyğur ölüb, bir nəfət yaralanıb.

Rəsmi Sinhua xəbər agentliyinin məlumatına görə, polisin atəş açmasına səbəb üç uyğurun bir nəfərə hücum etməsi olub.

Agentlik bildirir ki, polis əvvəlcə xəbərdarlıq atəşi açıb. Bu xəbər müstəqil mənbələr tərəfindən təstiq edilməyib

Hadisə Urumçi şəhərində baş verib. Ötən həftə bu bölgədə uyğurlarla etnik han çinlilər arasında toqquşmalar olmuşdu.

Qarşıdurmalar zamanı 184 adam ölüb, 1680 insan yaralanıb.

XS
SM
MD
LG