Accessibility links

Rəbiyə Qədir Amerikanın səsinə müsahibə verib


Dünya Uyğur Konqresinin sədri Rəbiyə Qədir Amerikanın səsinin türk xidmətinə müsahibəsi zamanı Çinin Urumçi şəhərindəki etiraz aksiyaları zamanı ölənlərin sayının hökumətin iddia etdiyi rəqəmdən qat-qat yüksək olduğunu deyib. Xanım Qədir bildirib ki, Sincandan aldıqları xəbərlərə görə, öldürülənlərin sayı 2000-ə yaxındır. Rəbiyə Qədir bu hadisəni kütləvi qırğın kimi qiymətləndirdiyini deyib. Dünya Uyğur Konqresinin sədri nə qədər insanın həbsdə olduğu və yaralıların haraya aparıldığına dair heç bir məlumat əldə edilmədiyini bildirib. Rəbiyə Qədir deyib ki, dünya ictimaiyyəti Çinin Sincan vilayətindəki repressiyalara Darfur və Tibetdəki durum kimi lazımi diqqət versəydi,Çin hökuməti bu kimi zorakılıqları təkrar etməzdi. Uyğurların hanlara hücum etdiyinə dair sualın cavabında o, bunun Çin rəsmilərinin provokasiyası olduğunu deyib. Xanım Qədir Türkiyənin baş naziri Rəcən Tayyib Ərdoğana dəstəyinə görə təşəkkürünü bildirib. Xanım Qədir Hazırda Obama administrasiyası, Dövlət Departamenti və Konqreslə uyğuralara qarşı zorakıqların dayandırılmasına dair yüksək səviyyəli danışıqlarda iştirak etdiyini bəyan edib.

XS
SM
MD
LG