Accessibility links

ROSATOM-la Braziliya arasında nüvə əməkdaşlığı barədə razılıq imzalanıb


Rusiya dövlət nüvə agentliyi ROSATOM-la Braziliya arasında nüvə əməkdaşlığı barədə razılıq imzalanıb. Açıqlanan məlumatda deyilir ki, memoranduma dünən Braziliyanın Nüvə Energisi Təşkilatının başçısı və ROSATOM-un direktoru imza atmışlar. İmzalanan razılıqda iki ölkə nüvə enerjisinin dinc məqsədlə inkişafında birgə çalışacaqları nəzərdə tutulur. Memorandumda deyilir ki, iki ölkə uran zənginləşdirilməsi texnologiyası, nüvə reaktorlarının araşdırılması və eləcə dətibb, sənaye və kənd təsərrüfatı sahələrində istifadə ediləcək radio-isotopların inkişaf etidirlməsi üçün əməkdaşlıq edəcək.

XS
SM
MD
LG