Rusiyanın dəniz üçün ən yeni strateji raket
versiyasını təkmilləşdirən institutun direktoru silahın uğursuz sınağından
sonra istefa verib. Keçən həftə Bulava ballistik raketinin sınağı uğursuz
olandan sonra Moskva Terma-texnoloji İnstitutunun rəhbəri Yuri Solomonov bu gün
vəzifəsindən istefa verib.Sınaq üçün Ağ dənizdən buraxılan Bulava ilk mərhələdə
uğursuzluğa düçar olub. Raket havada özü-özünü partladıb. Bu, buraxılan 11
raketdən uğursuz nəticələnən altıncı qurğu idi. Bulava 10 nüvə başlığı daşıyaraq 8 min
kilometrlik məsafəni qət etməyi nəzərdə tutur.