Accessibility links

ABŞ fələstinlilərə yardım ayırıb


Birləşmiş Ştatlar Fələstin rəsmilərinə maliyyə yardımı paketini açıqlayıb. Bu açıqlama ABŞ rəsmilərinin Suriya ilə yüksək səviyyədə danışıqlar aparmağa hazırlaşdığı ərəfəyə təsadüf edir.

ABŞ dövlət katibi Hillari Klinton deyir ki, 200 milyon dollar Fələstin hökumətinə regionda əhalinin rifahını yaxşılaşdırmağa xidmət edəcək.

Xanım Klinton bütün dövlətləri sabit və dinc Fələstin dövlətinin qurulmasına yardım etmək məqsədilə Fələstin hökumətini dəstəkləməyə çağırıb. O, bu hökumətin sülh danışqılarında dayanıqlı tərəfdaş olduğuna inandığını bəyan edib.

Dövlət Departamenti rəsmiləri bildirir ki, 200 milyon yeni yardım deyil. Bu ötən mart ayında Misirdə keçirilən donor konfransında Vaşinqtonun vəd etdiyi 900 milyon dollarlıq paketin tərkib hissəsidir.

Bu arada Obama administrasiyasının Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçell Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparmaq üçün Dəməşqə gəlib. Danışıqların sabah başlanacağı gözlənilir.
XS
SM
MD
LG