Accessibility links

Dövlət katibi Klinton:İran əbəs yerə nüvə silahı istehsalına çalışır


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.

NBC tele-şirkətinə müsahibə verən Klinton bildirib ki, islam respublikası nüvə silahları əldə etməyə əbəs yerə çalışır. Keçən həftə Klinton bildirmişdi ki, Vaşinqton İran körfəzi regionunda müttəgfiqlərin müdafiəsini gücləndirməyə hazırlaşır və İran nüvə silahı inkişaf etdirsə, “müdafiə sipərini”genişləndirəcək.

Bu açıqlama İsraildə Birləşmiş Ştatların İranın nüvə silahı əldə etməsi deyil, artıq nüvə silahına malik İrandan gələn təhlükənin qarşısının necə alınmasını nəzərdən keçirdiyinə dair narahatlıqlara səbəb olub.

İran nüvə silahı inkişaf etdirməklə bağlı iddiaları rədd edərək, nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.

XS
SM
MD
LG