Accessibility links

Tacikistan və Rusiya prezidentləri Düşənbədə su elektrik stansiyası açıblar



Tacikistan və Rusiya prezidentləri İmaməli Rəhmonla Dmitri Medvedev bu gün Düşənbədə iki ölkənin Sovet dövründən qalma birgə layihəsi olan su elektrik stansiyasının açılışında iştirak ediblər.

Sangtuda stansiyası Tacikistanın 12 faiz ərazisinin enerji ilə təminatına yardım edəcək.

670 meqavattlıq stansiyanın fəaliyyətinə 720 milyon dollar vəsait qoyulub. Bu, iki ölkə arasında ən böyük müştərək layihədir.

Tacikistan təzəlikcə ölkədə rus dilinin hesabına tacik dilinin təbliğini genişləndirib. Rusiya isə ABŞ-ın regionda nüfuzunun yayılmasını öz təhlükəsizliyinə hədə kimi dəyərləndirir.

XS
SM
MD
LG