Accessibility links

Qırğızıstanda ruslara məxsus ikinci hərbi baza yaradılacaq


Rusiya ilə Qırğızıstan bu ölkədə ruslara məxsus yeni, sayca ikinci hərbi bazanın yaradılması əlavə əsgəri qüvvə göndərilməsilə bağlı razılığa gəliblər.

Razılaşma Rusiyaya növbəti 49 il ərazində əraziyə bütöv bir batalyon göndərməyə imkan verir. Lakin razılaşmanın tam detalları noyabr ayına qədər müəyyənlənəcək.

Hərbi bazanın yaradılması barədə təkliflər sənədini isə prezidentlər Dimitri Medvedevlə Kurmanbek Bakiyev dünən Qırğızıstanın İssık Kul kurort şəhərində hər iki ölkənin daxil olduğu kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-formal sammiti çərçivəsində imzalayıblar.

Sammitin digər vacib mövzusu isə təşkilata üzv olan 7 sabiq sovet respublikasının birgə çevik qüvvələrinin yaradılmasıdır.

XS
SM
MD
LG