Accessibility links

Rusiyanın müdafiə naziri Bakıya və Qəbələyə gözlənilməz səfər edib


Bakıdan gələn məlumatlara görə, bu gün Rusiyanın müdafiə naziri Anatoli Serdyukov gözlənilmədən Azərbaycana səfər edərək, prezident İlham Əliyevlə görüşüb.

Səfəri əsnasında cənab Anatoli Serdyukov azərbaycanlı həmkarı Səfər Əbiyevlə birlikdə Qəbələdəki Radiolokasiya Stansiyasına da baş çəkib.

Bakıda fəaliyyət göstərən Milaz hərbi informasiya agentliyinin direktoru, müdafiə məsələləri üzrə təhlilçi Cəsur Sümərinli Amerikanın Səsinə müsahibəsində deyib ki, Rusiya baş təhlilçisinin Bakı və Qəbələyə qəfil səfəri təsadüfi deyil.

Belə ki, bu səfər Pentaqon rəsmilərinin stansiyanı növbəti dəfə nəzərdən keçirməsindən ayyarım sonraya və hazırda Vaşinqtonda ABŞ-Azərbaycan hərbi dialoqlarının aparıldığı dövrə təsadüf edir.

“Amerika hərbçiləri artıq açıq şəkildə bildiriblər ki, Qəbələ Radiolokasiya Stansiyasının müştərək fəaliyyəti maraqlıdır və bu təklif müzakirə mərhələsindədir”.

Bununla yanaşı Bakıda hesab edirlər ki, artıq Moskvanın Qəbələdəki hərbi obyektin birgə işlənməsi ilə bağlı təşəbbüsə yanaşmasında dəyişiklik müşahidə olunur, belə ki Rusiya bu stansiyandan gələcəkdə də təkbaşına istifadəni arzu edərdi. Amerikanın səsinə müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bunları deyib.

XS
SM
MD
LG