Accessibility links

Nigeriyadakı toqquşmalarda azı 700 adam həyatını itirib


Nigeriya rəsmilərinin dediyinə görə, ötən həftə ölkənin şimalında polislə militant islamçı təriqətçi üzvləri arasında baş vermiş toqquşmalarda azı 700 adam həyatını itirib.

Hökumət və səhiyyə işçiləri hələ də döyüşlərin baş verdiyi Maiduqari şəhərinin küçələrindən cəsədləri toplayırlar.

Hökumət rəsmilərinin dediyinə görə, cəsədlərin əksəriyyəti kütləvi məzarlıqda basdırılıb.

Polis isə baş vermiş toqquşmalarda günahkar bilinən Boko Haram adı ilə tanınan sektanın üzvlərinin axtarışını davam etdirir. Qarşıdurmalar təhlükəsizlik qüvvələrinin bir həftə əvvəl bu qrupun liderlərini həbs etməsindən sonra baş verib.

Bir nüçə gün əvvəl Bako Haram sektasının lideri Məhəmməd Yusuf polis bölməsində öldürülmüşdü. Rəsmilər onun özünə qəsd etdiyini deyirlər.

Bexnəlxalq insan haqları qrupları isə qətlin səbəblərinin araşdırılmasını tələb edirlər.

XS
SM
MD
LG