Accessibility links

Türkiyənin Daxili İşlər naziri kürd tərəfdarı partiyanın lideri ilə görüşüb


Türkiyənin Daxili İşlər naziri Beşir Atalay kürd tərəfdarı Demokratik Cəmiyyət partiyasının qərargahında onun partiyanın başçısı Əhməd Türklə görüşüb.

Ankaradakı görüş Türkiyə hökumətinin kürd separatçılarının 25 illik fəaliyyətlərini dayandırmaq məqsədilə geniş səyləri çərçivəsində keçirilib.

Əhməd Türk bildirib ki, onun partiyası yeni dialoqun nəticəsiz olmayacağını düşünür.

Bu həftənin əvəli Türkiyənin iki əsas müxalifət partiyası hökumətin kürdlrinn hüquqları ilə bağlı danışıqlar təklifinə etiraz etmişdi. Müxalifət partiyaları belə dialoqa ehtiyac olmadığını bildirib.

Türkiyə hökuməti regional təhlükəsizliyin gücləndirilməsi və Türkiyənin Avropa İttifaqına üzv olması şanslarını yaxşılaşdırmaq məqsədilə azlıqda olan kürdlərə daha artıq hüquqlar verilməsi təşəbbüsü ilə çıxış etmişdi.


XS
SM
MD
LG