Əfqanıstan rəsmiləri bildirirlər ki, avqustun 20-də
keçiriləcək prezident və yerli seçkilərin tam təhlükəsizliyini təmin
edəcəklərinə söz verə bilməzlər, lakin taliban yaraqlılarının hücumlarına əngəl
törətmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Müdafiə naziri Rəhim Vərdək mətbuat konfransında
detib ki, hökumət dünən Kabildəki NATO-nun baş qərargahı yaxınlığında baş verən
və 7 nəfərin həlak olmasına səbəb olan intiharçı hücumları kimi əməliyyatın
qarşısını ala bilməyəcək. Lakin o, əlavə edib ki, çox sayda adamın yaşadığı
bölgələrin tam təhlükəsizliyini təmin etmək üçün lazımı mənbəə yoxdur.Taliban
seçicilərə səsvermə məntəqələrinə geməmələri barədə xəbərdarıq edib. Həmin mətbuat konfransında
çıxış edən daxili işlər nazri Məhəmməd Hənif Atmar bildirib ki, xalqın səs
vermək üçün seçki məntəqələrinə gedəcəyinə
əmindir.