Accessibility links

Vladimir Putin fəlakət zonasına baş çəkib


Rusiya baş naziri Vladimir Putin bu həftənin bazaar ertəsi günü qəza baş vermiş elektrik stansiyasının yerləşdiyi Sibir regionuna səfər edib və o, vədd verib ki, fəlakətin qurbanlarının ailələrinə kompensasiya ödənəcək. Onun sözlərinə görə, zavodun sahibi RusHidro artıq öldüyü təsdiq edilən 26 nəfərin və itkin düşənlərin ailələrinin hər birinə 30 min dollar pul ödəyəcək. Cənab Putin bildirib ki, hökumət də ailələrə yardım üçün addımlar atacaq. Baş nazir RusHidroya ölkənin ən böyük hidroelektrik stansiyanın bərpasına dair planlarını açıqlamaq üçün 6 həftə vaxt verib. Araşdırma dəstələrinin bu gün turbin otağından suyu boşaltması gözlənilir.
XS
SM
MD
LG