Accessibility links

Pakistanın Svat vadisində yaraqlı cəsədləri aşkar edilib


Pakistan rəsmiləri ölkənin dünən Svat vadisində yaraqlı olmaqda şübhəli bilinən 14 cəsədin aşkar edildiyini bildirmişlər. Cəsədlərin tapılması barədə məlumat bu gün açıqlanıb. Bu ayın əvvəlində Svat vadisinin digər bölgəsində 18 Taliban yaraqlısının cəsədi aşkar edimişdi. Bəzi məlumatlarda bu ay tapılan cəsədlərin ya təhlükəsizlik qüvvələri, ya da yerli sakinlər, digərlər məlumatlarda isə rəqib qruplar tərəfindən öldürüldüyü deyilir.

Qeyd edək ki, aprel ayında yaraqlılarla hökumət arasında sülh razılığı pozulduqdan sonra Pakistanın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki Svat vadisindəki Taliban yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatlara başladı.

XS
SM
MD
LG