Accessibility links

Prezident Obama Senator Kennedinin ölümünə reaksiya verdi


ABŞ prezidenti Barak Obama deyir ki, mərhum senator Edvard Kennedi zəmanənin ən böyük ABŞ senatoru olub. Ağ Evin açıqladığı bəyanatda cənab Obama həyat yoldaşı Mişel və özünün Kennedinin ölümündən dərin kədərləndiyini bildirib. Prezident deyir ki, senatda xidmət etdiyi zaman o, qocaman siyasətçinin məsləhətlərindən bəhrələnib. Obama həmçinin 2008-ci il prezident seçkiləri kampaniyası zamanı Kennedinin ona verdiyi mühüm dəstəyə görə minnətdar olduğunu söyləyib. Barak Obama hazırda ailəsi ilə birgə Martha’s Vineyard adlanan kurortda istirahət edir. Bu ada Kennedinin evinin yerləşdiyi Hyannis Port yaxınlığındadır.
XS
SM
MD
LG