The New York Times yazır ki, Obama administrasiyası Polşa və Çex
Respublikasında raketdən müdafiə sistemi yerləşdirilməsinə alternativ yolları
nəzərdən keçirir. Qəzetin məlumatına görə, administrasiya rəsmiləri Polşa və
Çex Respublikasında yerləşdiriləcək raketdən
müdafiə qurğularının ya biri, ya da hər ikisini ləğv edərək, Türkiyə və ya
Balkanlarda yeni planlar barədə düşünür. Onlar habelə Aegis gəmi anti-raket
sisteminin quruda yerləşdiriləcək sisitemlə
əvəzlənməsini də nəzərdən keçirirlər. Rusiya ABŞ-ın Mərkəzi Avropada müdafiə
sistemi yerləşdirilməsi planlarına kəskin etirazını bildirərək bunun yeni silah
yarışına yol açacağını bildirib.