Accessibility links

Pakistanda intiharçılara təlim verilən düşərgə dağıdılıb


Pakistan hərbiçiləri Svat vadisində intiharçılara təlim verilən düşərgənin dağıdıldığını bildirirlər. Ordunun bəyanatında deyilirki, məlumat kəşfiyyat mənbələrindən əldə edilib və təlim düşərgəsinin aşkar edilməsinə yerli sakinlər yardım edib. Əməliyyat nəticəsində 6 yaraqlı öldürülüb və bir neçəsi isə yaralanıb.

Dünən Britaniya Pakistanın sərhəd bölgərində sabitliyin bərqərar edilməsi və ekstremismin vurduğu ziyanların aradan qaldırırlması məqsədi ilə Pakistana 1 milyard dollar məbləğində yardım göstəriləcəyini bildirib. Böyük Britaniyanın baş naziri Gordon Braun bu vədi Pakistan prezidenti Asif Əli Zərdari ilə London görüşü zamanı verib.

XS
SM
MD
LG