Accessibility links

Liviyada Müəmmar Qəzzafinin liderliyinin 40-cı ildönümünü qeyd edilir


Liviya prezidenti Müəmmar Qəzzafi bu gün liderliyinin 40-cı ildönümünü qeyd edir. Bu münasibətlə Tripoli küçələri rəngarəng işıqlar, üzərində Qəzzafinin şəkli olan plakatlar və şarlarla bəzədilmişdir. Venesuela prezidenti Uqo Çaves və Pakistanın baş naziri Yusuf Raza Gilani də daxil edilməklə, bəzi ölkə liderlərinin bayram şənliklərində iştirak edəcəyi gözlənilir. Bəzi Afrika və digər ölkə lidelərinin Afrika Birliyi yığşncağında iştirak etmək üçün artıq Tripoliyə getdikləri deyilir.Cənab Qəzzafi illərlə təcrid edilmiş ölkəsini beynəlxalq müstəviyə çıxarmaq uğrunda mübarizə aparıb

Liviyada bayram şənliklərinə hazırlıqlar getdiyi bir vaxt cənab Qəzzafinin 1988-ci ildə Lokerbi səmalarında təyyarə partladan Əbdül Baset Əl-Meqrahini qəhrəman kimi qarşılaması hələ də qərb ölkələrinin qəzəbini səngitməyib.


XS
SM
MD
LG