Rusiyanın
İnquşetiya Respublikasının rəsmiləri deyir ki, təhlükəsizlik qüvvələri 3
yaraqlını öldürüb. Onlardan biri inquş liderə uğursuz sui-qəsd cəhdinin
təşkilinə görə axtarışda olub. Rüstəm Cortov və 2 başqa yaraqlı dünən təhlükəsizlik
qüvvələri ilə militantlar arasında baş verən döyüş zamanı qətlə yetirilib.
Cortov iyunun 22-də İnquşetiya prezidenti Yunisbek Yevkurovun ciddi yaralnması
ilə nəticələnən intiharçı hücumunun təşkilində şübhəli bilinirdi. Bu hücum jurnalistlər,
fəallar və polislərin həyatına son qoyan bomba hücumları dalğasının bir hissəsi
idi. Rusiya prezidenti Dmitri Medvedyev İnquşetiya polisini özünü müdafiə
etməkdə effektiv ola bilmədiyinə görə tənqid edib. O, tənqidlərini Narzan şəhərində
25 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnmiş polis məntəqəsinə intiharçı
hücumundan sonra bildirib.