Accessibility links

Kabilin beynəlxalq aeroportu yaxınlığındakı hərbi bazaya hücum olub


Əfqanıstan rəsmilərinin bildirdiyinbə görə, intiharçının Kabilin beynəlxalq aeroportu yaxınlığındakı hərbi bazaya etdiyi hücum üç mülki vətəndaşın ölümünə, altısının yaralanmasına səbəb olmuşdur. Yaralananlar arasında beynəlxalq hərbçilərin də olduğu deyilir. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu hava limanındanhərbi vəmülki məqsədlər üçün istifadə edilirdi. Keçən ay prezident seçkiləri zamanı da bu hava limanı Taliban yaraqlıları tərəfindən raket hücumlarına məruz qalmışdı.

XS
SM
MD
LG