İranın
islahatçı internet səhifəsində məlumat verilir ki, seçkisonrası iğtişaşlarda
nümayişçilərə qarşı rəftarı araşdıran müxalifət rəsmisi həbs olunub. Deyilənlərə görə Əlirza Beheşti çərşənbə
axşamı həbs edilib. Beheşti müxalifət
lideri Mir Hüseyn Musəvinin baş
müşaviridir və seçkisonrası baş verən qanun pozuntularını araşdıran komissiyaya
rəhbərlik edir. O, bu yaxınlarda
bildirib ki, Prezident Mahmud Əhmədniejad ikinci dönəmə prezident seçilməsindən
sonra 70-dən çox adam həlak olub.
Çərşənbə axşamı İran hökuməti eləcə də sabiq prezidentliyə namizəd Mehdi
Kərrubinin ofislərini bağlayıb.