Accessibility links

Kərkükdə zorakılıqlar artmaqdadır


İraq rəsmiləri bildirilər ki, Kərkük şəhərində silahlı şəxslərin kürd polis işçisinin evinə reydi nəticəsində polisin həyat yoldaşı və 3 uşağı həlak olub. Hücum vaxtı polis işçisi evdə olmayıb. Silahlı şəxslər onun həyat yoldaşını və uşaqlarını yatarkən öldürüblər.

Kərkük şəhərində yaraqlıların İraqın təhlükəsizlik qüvvələrinin keşik məntəqəsi yaxınlıqda iki bombanı işə salması nəticəsində azı üç polis yaralanıb.

Neftlə zəngin Kərkükdə təriqət zəminində gərginliklər armaqdadır. Kürdlər İraqın şimalında daha artıq muxtariyyət tələb edir. Bir çox ərəb və türkmən isə şəhərin İraqın mərkəzi hökuməti tərəfindən idarə olunmasını istəyir.


XS
SM
MD
LG