ABŞ-ın sabiq prezidenti Cimmi Karter hazırkı prezident
Barak Obamaya qarşı artmaqda olan tənqidlərin irqçilikdən qaynaqlandığını
deyib. NBC News-a müsahibəsi zamanı
cənab Karter prezidentə qarşı düşmənçiliyi onun qaradərili olması ilə izah
edib.
Amerikanın 39-cu prezidenti deyib ki, bir çoxları ağların afro-amerikalılara münasibətini bölüşmək tendensiyasına üz tutub. Cimmi Karter ağ amerikalıların qaradərili bir insanın ölkəni idarə edə bilməməsinə dair inamının xoşagəlməz nəticələr verdiyini bildirib.