Accessibility links

Wall Street Journal yazır ki, Obama administrasiyası Şərqi Avropada raketlərdən müdafiə sistemindən imtina edir


Wall Street Journal qəzetinin yazdığına görə, Obama administrasiyası Şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarınndan imtina edəcək.

Çex Respublikasının rəsmiləri bildiriblər ki, prezident Obama məsələni dünən gecə Çexiyanın baş naziri Yan Fişerlə müzakirə edib.

ABŞ-ın keçmiş prezidenti Corc Buş Çex Respublikasında radar sistemi və Polşada isə raket tutan qurğu yerləşdirilməsini təklif edərək, bunun regionu İranda gələn mümkün raket hücumundan qoruyacağını demişdi.

Lakin Birgə Qərargahlar rəisinin müavini, hərbi dəniz qüvvələrinin generalı Ceyms Katric bu yaxınlarda bildirib ki, ABŞ İranın uzun mənzilli raket sistemini nə zaman tam inkişaf etdirə bilmək qabiliyyəni olduğundan daha artıq qiymətləndirib.

Plan habelə sistemi özünün uzun mənzilli ballistik raket proqramı üçün təhlükə hesab edən Rusiya tərəfindən qəzəblə qarşılanmışdı. Moskva bununla yanaşı sistemin keçmiş sovet blokunun iki ölkəsində yerləşdirilməsindən də narazı idi.

XS
SM
MD
LG