Accessibility links

"ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: Yeni ikitərəfli və regional ölçülər"


Vaşinqtondakı Corctaun universiteində “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı:Yeni ikitəfərli və regional ölçülər” mövzusunda konfrans keçilirilib. Konfransda Azərbaycan və Amerika arasında münasibətlərin geniş sahələri müzakirə olunub, tərəflər mövcud problemlər, qarşıda duran sınaqlar və gələcək perspektivləri müzakirə ediblər.

Bu,Corctaun universitetinin Avrasiya, Rusiya və şərqi Avropa araşdırmaları mərkəzinin Azərbaycan Respublikası ilə birlikdə keçirdiyi ikinci konfransdır.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ-Azərbaycan əməkdaşlığının region üçün əhəmiyyətini qeyd edərək bildirdi ki, keçən il enerji təhlükəsizliyi mövzusunda təşkil edilən ilk tədbirdən sonra tərəflər belə konfransları hər il keçirmək qərarına gəlmişlər.

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini səfir Vilyams Börns Birləşmiş Ştatların Azərbaycana strateji partnyor kimi baxdığını bildirdi. O, iki ölkə arasında münasibətlərin təhlükəsizlik, enerji və demokratiya və insan hüquqları kimi üç əsas sahələrini göstərdi. Səfir Börns Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın regionda əsas partnyoru olduğunu deyərək, Azərbaycan hökumətinin terrorçu ekstremist elementlərin ələ keçirilməsində səylərini qeyd etdi. Vilyam Börns Azərbaycan əsgərlərinin İraq, Əfqanıstan və Kosovoda koalisiya qüvvələri ilə çiyin-çiyinə xidmət göstərdiyini bildirdi və dedi ki, Azərbaycan bununla yanaşı koalisiya təyyarələrinin yanacaqla təmin edilməsinə imkan yaradaraq, öz hava hövzəsindən istifadəyə icazə verməklə regional təhlükəsizliyə öz töhfəsini verir.

Səfir Börns ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çalışdığını, inkişaf etmiş Azərbaycan və Ermənistanın dinc yanaşı yaşadığını görmək istədiyini bildirdi. O dedi ki,ABŞ tərəflər arasında danışıqlardan nəticə alınacağını gözləyir.

Vilyam Börns ABŞ-ın Azərbaycan iqtisadiyyatının inkişafına yardım etməyə davam edəcəyini bildirirərək dedi ki, iqtisadi infrastrukturun inkişafı üçün korrupsiya mübarizə əsas rol oynayır.

Səfir Börns ABŞ-ın Azərbaycanın demokratik inkişafında maraqlı olduğunu qeyd etid. O, mətbuat azadlığı və insan hüquqları məsələlərinə toxunaraq, Azadlıq radiosu, Amerikanın səsi və BBC kimi xarici yayım şirkətlərinin yayımının dayandırmasının söz və mətbuat azadlığı qarşısında böyük maneə olduğunu bildirdi.

Alman Marşal fondunun təhlilçisi, ABŞ Dövlət katibinin Demokratiya, İnsan hüquqları və əmək məsələləri üzrə müavininin yardımçısı olmuş Deyvid Kremer də çıxşında demokratiya, mətbuat azadlığı və insan haqları məsələsinə geniş yer verdi. “Azərbaycan ABŞ-ın dostudur,bizim qarşılıqlı maraqlarımız var və iki ölkə arasında sağlam münasibətlər mövcuddur.”-deyə o bildirdi.

Deyvid Kremer Obama adminstrasiyasının Şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarına yeni dəyişikliklər əlavə etmək qərarından danışaraq bunun Azərbaycanın əhəmiyyətinə birbaşa təsir göstərdiyini bildirdi. O dedi ki, administrasiyanın qərarı Azərbaycanın əhəmiyyətini qaldırır. O, diqqəti Pentaqonda brifinq zamanı ABŞ generalı Kartraytın radarın Qafqazda yerləşdilərilə biləcəyini deməsinə çəkdi. Kremer əlavə etdi ki, Qafqazın üç respiblikası arasında yalnız Azərbaycanda radar var. O, Azərbaycanın İranın qonşusu olması və orada yaşayan milyonlarla etnik azərbaycanlının yaşamasına görə ABŞ üçün geosiyasi əhəmiyyətinin daha da artdığını qeyd etdi.

Təhlilçinin sözlərinə görə, təhlükəsizlik və enerji sahələrində iki ölkə arasında münasibətlərin səviyyəsi olduqca yaxşıdır. Lakin demokratiya və insan hüquqları sahəsi də eyni dərəcədə əhəmiyyət daşıyır. “Azərbaycan regionda bir model rolunu oynaya bilər. Bu, ən əvvəl onun öz maraqlarına xidmət edir.”-deyə o əlavə etdi. O qeyd etdi ki, ABŞ Azərbaycanı inkişaf etmiş, demokratik bir ölkə, sabit bir tərəfdaş kimi görmək istəyir. “Mən dost kimi danışıram” deyən Kremer ABŞ-ın Azərbaycanla bağlı narahatlıqlarını göstərdi. O, mətbuat və söz azadlığı, insan hüquqları sahəsində vəziyyətin narahat doğurduğunu və demokratik inkişafın olmadığını bildirdi. O, keçən il Azərbaycan hökumətinin Azadlıq radiosu, Amerikanın səsi və BBC kimi xarici yayım şirkətlərinin yayımının dayandırılması qərarının təəssüf hissi doğurduğunu və xarici yayımların bərpa ediləcəyinə ümid etdiyini dedi. Kremer jurnalistlərin həbsləri, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırıldığını, blogerlər Adnan Hacızadə və Emin Millinin həbs edildiyini qeyd etdi. Kremer korrupsiya problemini xüsusi vurğuladı və ABŞ-ın korrupsiya ilə mübarizə sahəsində Azərbaycana kömək etmək istədiyini bildirdi.

Kremer Bakıda olduğu müddət Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini xatırladı və bu görüşlərin konstruktiv olduğunu və anlaşma şəraitində keçdiyi bildirdi. Deyvid Kremer sonda dedi ki, Bakıda hökumət ABŞ hökuməti üçün Azərbaycanla münasibətlərdə demokratiya və insan hüquqları məsələlərinin təhlükəsizlik və enerji məsələləri qədər əhəmiyyətli olduğunu başa düşməlidir.

Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov Deyvid Kremerin tənqidlərinə cavab verərək, öz tənqidlərini ABŞ hökumətinə çatdırmaq istədiyini bildirdi. O, 907-ci əlavənin Azərbaycana tətbiq edilməsi və onun indiyə qədər qüvvədə qalmasını qeyd etdi. Araz Əzimov iki ölkə arasında münasibətlərin tarixinə nəzər salaraq, diqqəti 1994-cü ildə əsrin müqaviləsinin imzalanmasna əkdi və bunun ABŞ-Azərbaycan arasında əlaqələrdə mühüm bir mərhələnin başlağıcından xəbər verdiyini bildirdi. O qeyd etdi ki, Azərbaycanın atdığı addımlar regionda digər ölkələrin inkişafına da təkan verdi. Onun bidirdiyinə görə, Azərbaycan regionda yeganə ölkədir ki, enerji təchizatının divertifikasiyasına nail ola bilib. Araz Əzimov Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizəsini qeyd etdi. O, demokratiya və insan hüquqları sahəsində vəziyyətlə bağlı tənqidlərə cavab verərək dedi ki, Azərbaycanda demokratik inkişafın olmadığını demək düzgün deyil.

Nazir müavini Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışaraq dedi ki, münaqişə beynəlxalq qanunlar çərçivəsində həll olmalıdır. Araz Əzimov dedi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. O, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunaraq dedi ki, Baş nazir Ərdoğan, prezident Gül və Xarici İşlər naziri Əhməd Davutoğlu işğal edilmiş ərazilər azad edilməyənə qədər sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər.

Konfransda əsas məruzə ilə Nebraska ştatının ABŞ senatoru olmuş hazırda Corctaun universitetinin professoru Çek Heygel çıxış etdi. O, ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən, regionda geosiyasi inkişaflardan, iki ölkə arasında münasibətlərin perpsktivlərindən danışdı.

XS
SM
MD
LG