Accessibility links

Hondurasda qadağan saatı uzadılıb


Hondurasda müvəqqəti hökumət bütün ölkə boyu komendant saatının müddətini uzadıb. Buna səbəb devrilmiş prezident Manuel Zelayanın qəfildən ölkəyə qayıtmasıdır. Cənab Zelaya dünən Honduras paytaxtı Tequçiqalpada Braziliya səfirliyinin eyvanına çıxaraq keçid hökuməti üzvlərini təəccübləndirdi. Zelayanın minlərlə tərəfdarı komendant saatına məhəl qoymayaraq səfirliyin qarşısında toplaşıblar. Televiziya ilə müsahibəsində Zelaya hərbi yoxlama postlarından necə keçdiyini və kəndlər vasitəsilə səyahət etdiyini nəql edib. O, hazırda müvəqqəti prezidenti Robert Miçeletti ilə dialoqa daxil olmaq istədiyini bildirib. Eyni zamanda Manuel Zelaya tərəfdarlarını Tequçiqalpaya toplaşaraq dinc nümayişlər keçirməyə çağırıb.
XS
SM
MD
LG