Accessibility links

İran ikinci nüvə obyektinin mövcudluğunu açıqladı


İran ikinci uran zənginləşdirmə obyektinin mövcudluğunu açıqlayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi bu həftənin əvvəlində yeni zavodun inşa edildiyi haqda məktub aldığını bildirir. BMT agentliyi yeni müəssisəsnin non-proliferasiya şərtlərini pozmadığına əmin olmaq üçün obyektin təftişini tələb edib. Ağ Ev rəsmiləri İranı illərlə bu obyekti nüvə müfəttişlərindən gizlətməkdə günahlandırıb. Xəbərlərə görə İran bu yaxınlarda Qərb kəşfiyyat agentliklərinin layihə haqda xəbərdar olduğunu aşkar edib.
XS
SM
MD
LG